TƏRKİBİ:
Hər 10 ml-nin tərkibində olan əsas inqredientlər:
Razyana quru ekstraktı (Fennel dry extract) – 250 mq
Çobanyastığı quru ekstraktı (Chamomile dry extract) – 250 mq
Əməköməçi quru ekstraktı (Mallow dry extract) – 50 mq
Gavalı şirəsi (Prune juice concentrate) – 400 mq
Əncir şirəsi (Fig juice concentrate) – 250 mq
FARMAKOLOJİ QRUPU: Həzmi yaxşılaşdıran, qəbizlik və köpəleyhinə vasitə
FARMAKOLOJİ TƏSRİLƏRİ:
Razyana quru ekstraktı (Fennel dry extract) – spazmolitik və köp əleyhinə təsirlərə malikdir, həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır. Hepatoprotektor və antimikrob təsir göstərir.
Çobanyastığı quru ekstraktı (Chamomile dry extract) – Tərkibində olan alfa-bisolol, xamazulen, apigenin, matrisinin iltihabəleyhinə və peptikxoralar da müalicəvi effektə malikdir . Güclü antiseptik, ağrıkəsici, iltihabəleyhinə, spazmolitik təsirləri hesabına bağırsaq sancısını və meteorizmi aradan qaldırır, dispeptik halların yaranmasınınn qarşısını alır.
Çobanyastığı ənənəvi olaraq qastrit və duodenal xoralarda geniş istifadə olunan və Avropa komissiyası, ESCOP, OMS kimi qurumlar tərəfindən mədə bağırsağın müalicəsində istifadə edilən tibbi vasitə kimi qəbul edilib.
Əməköməçi quru ekstraktı (Mallow dry extract) – Yarpaqları həzm diskomfortunda istifadə olunur. Kokü və yarpaqları qəbizliyi aradan qaldırır. Selikli qişalara bürüyücü təsir göstərərək mukoz membrananın qıcıqlanmasını aradan qaldırır.
Gavalı şirəsi (Prune juice concentrate) – Gavalı meyvələri vitaminlərlə ( A, PP, C, B qrupu), minerallarla (dəmir, fosfor, natrium, kalium, maqnezium) və əsasəndə pektinlə zəngindir. Ənənəvi olaraq meyvələri qəbizlik əleyhinə vasitə kimi istifadə olunur. Bağırsağın enteroreseptorlarına təsir edərək tez bir zamanda onun motorikasını artırır və bağırsaq peristaltikasına və selik sekresiyasına stimulyasiya edici təsir göstərir.Güclü antibakterial xüsusiyyətə malik olduğundan Escherichia coli, Staphylococcus aureus, Salmonella typhi, Shigella dysenteriae və bir çox patogen mikroorqanizmlərə qarşı antaqonizm təşkil edir. Normal bağırsaq mikroflorasını bərpa edir, immuniteti gücləndirir. Həmçinin öd qövucu təsirə malikdir.
Əncir şirəsi (Fig juice concentrate) – Əncirin tərkibi əsasən pektin maddəsi olmaqla çoxlu (2/3 hissə həll olmayan və 1/3 hissə həll olan) liflərlə zəngindir. Bu liflər bağırsaq peristaltikasını çox effektiv stimulyasiya edir. Əncir xüsusən qəbizlik hallarında effektlidir.
GÖSTƏRİŞLƏRİ:
İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI: SAKOLİN sirop cədvəldə göstərilən dozalara müvafiq gündə 2-3 dəfə yeməkdən 45 dəqiqə əvvəl və ya yeməkdən bir saat sonra təyin edilir. Müalicə müddəti 1- 4 həftədir. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır. Su və ya digər mayelərlə (40 dərəcədən yuxarı olmayan) qatıla bilər.
Köp və həzm pozğunluğu zamanı:
Yaş dövrü | Birdəfəlik doza | Maksimal sutkalıq doza |
1 yaşa qədər uşaqlar | 2,0 ml | 6 ml |
1-3 yaş | 3,5 ml | 10,5 ml |
3-5 yaş | 5,0 ml | 15 ml |
5-8 yaş | 7,0 ml | 21 ml |
8-12 yaş | 10,0 ml | 30 ml |
12 yaşdan yuxarı uşaqlar və böyüklər | 15,0 ml | 45 ml |
Qəbizlik zamanı:
Müalicənin ilk günü 45 ml axşam yatmazdan əvvəl bol maye ilə qəbul etmək, sonrakı günlər 30 ml doza ilə davam etmək lazımdır. Uşaqlarda isə cədvəldə göstərilən yaşa uyğun dozalar müvafiq olarq 2 dəfə artırılır.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Düzgün dozalanma zamanı heç bir əlavə təsir qeydə alınmamışdır.
DOZA HƏDDİNİN AŞILMASI: İştahanın azalması, ürəkbulanma, qusma.
BURAXILIŞ FORMASI: SAKOLİN karton qutuda xüsusi 200 ml flakonlarda, içlik vərəqi və ölçü qaşığı ilə birgə istehsal edilir.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANIN SAHİBİ: “NOVATOR PHARMA” Böyük Britaniya.
İSTEHSAL EDİLİR: PRIMEA LIMITED, İngiltərə.