TƏRKİBİ:
Bifidobacterium bifidum, Bifidobacterium longum, Lactobacillus acidophilus, Lactobacillus casei, Lactobacillus plantarum, Lactobacillus rhamnosus, Enterococcus faecium, Streptococcus thermophilus, – hər biri – 0,25 x 109.
Bakteriyaların ümumi miqdarı – 2 x 109.
Saccharomices boulardi göbələyi – 0,4 x 109.
İnulin – 1000 mq.
FARMAKOLOJİ QRUPU: Simbiotik və diareya əleyhinə vasitə.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Probiocsin kids bağırsaqların mikroflorasını normallaşdıran simbiotik preparatdır. Bağırsaq mikroflorasının tarazlığını tənzimləyir və onların fizioloji funksiyalarının yerinə yetirilməsini təmin edir. Probiocsin kids-in terapevtik effekti canlı bifidobakteriyaların və laktobakteriyaların hesabına əldə olunur. Bu bakteriyalar patogen və şərti-patogen mikroorqanizmlərə qarşı geniş antaqonizm xüsusiyyətinə malikdir. Probiocsin kidsin tərkibindəki süd turşusu bakteriyaları süd turşusunun, müəyyən miqdarda sirkə və propilen turşularının əmələ gəlməsini sürətləndirir. Bağırsaqlarda turş mühitin formalaşması patogen və şərti-patogen mikroorqanizmlərin inkişafı üçün əlverişsiz mühitin yaranmasına səbəb olur. Süd turşusu bakteriyaları monosaxaridlərin sorulmasında və öd turşularının metabolizmində iştirak edir, bağırsaqların epitel hüceyrələrinin membranlarını stabilləşdirməklə elektrolitlərin və vitaminlərin (Vitamin B1, B2, B6, B12, K, E, PP, C, D, biotin, dəmir, kalsium) sorulmasını sürətləndirir. Probiocsin kids-in qəbulu zülalların həzmini yaxşılaşdırır. Bifidobakteriyaların sintez etdiyi fosfoproteinfosfataza fermenti südün tərkibindəki kazein zülalının metabolizmində iştirak edir.
Bağırsaq mikroflorasının pozulması aşağıdakı hallarda mümkündür: qəbizlik əleyhinə preparatlar və antibiotiklərin qəbulu zamanı; tərkibində ballast maddələri az olan, yüksək kalorili, süni qidalarla balanslaşdırılmamış qidalanma zamanı; stress, gərginlik ətraf mühitdə olan zəhərli maddələrin təsirindən. Bütün bunlar bağırsaq mikroflorasının pozulmasına səbəb olan əsas amillər sırasına aiddirlər.
Saccharomices boulardi – Maya göbələyi. Liofilizə olunmuş maya göbələyi qeyd edilmiş bir çox patogen və şərti patogen mikroblara qarşı yüksək antimikrob təsirə malikdir (Clostridium difficile, Klebsiella pneumoniae, Staphylococcus aureus, Pseudomonas aeruginosa, Candida kruesei, Candida albicans, Candida pseudotropicalis, Salmonella typhimurium, Escherichia coli, Shigella dysenteria, Yersinia enterocolitica və eləcə də Enthamoeba hystolitica, Lambliae). Preparatın qəbulundan sonra Saccharomices boulardi yoğun bağırsaqda məskunlaşaraq 3-5 gün ərzində orada fəaliyyət göstərir, sonra isə nəcislə xaric olunur. Aşağıda qeyd olunan xüsusiyyətlərinə görə Saccharomices boulardi bağırsaqların istənilən infeksion-iltihabi proseslərində yüksək effektivlik göstərməklə müalicə müddətini qısaldaraq, kliniki effektivliyin yüksək olmasını təmin edir. Saccharomices boulardi:
– proteazaların miqdarını artırmaqla Clostridium difficile-nin toksinlərini neytrallaşdıraraq onların bağırsaqların kirpikli epitelisinə nüfuz etməsinin qarşısını alır.
– poliaminlərin sintezini artıraraq bağırsaqlarda enterositlərin yetişməsini sürətləndirir və selikli qişanın keçiriciliyini zəiflədir.
– faqositlərin fəaliyyətini aktivləşdirməklə bağırsaqların selikli qişasinda immunoqlobulin A-nın sintezini artıraraq yerli immuniteti yüksəldir.
– iltihabi mediatorların sekresiyasını zəiflətməklə iltihab əleyhinə təsir göstərir.
– öz membranında mannoza sintez edərək ozünə mikrob və bakteriyaları birləşdirir və onların nəcislə xaric olunmasını həyata keçirir.
GÖSTƏRİŞLƏRİ:
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: İndividual olaraq preparatın qəbulu zamanı dispeptik əlamətlərin olunması mümkündür.
DOZALANMA:
1 yaşa qədər uşaqlarda – 1/2 paket gündə 1-2 dəfə;
1-3 yaş uşaqlarda – 1/2 paket gündə 2 dəfə;
3-6 yaş uşaqlarda 1 paket gündə 1-2 dəfə;
6 yaşdan yuxarı uşaqlarda 1 paket gündə 2 dəfə, yemək vaxtı təyin edilir.
Uşaqlara 10-15 ml suda həll etməklə, körpələrə isə eyni zamanda yeməklərinə qatılmaqla təyinatı mümkündür. Müalicə müddəti 1-3 həftədir.
BURAXILIŞ FORMASI: 15 paket karton qutuda, içlik vərəqəsi ilə birgə qablaşdırılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ “Novator Pharma”, Böyük Britaniya.
İSTEHSALÇI: “Gricar Chemical” S.R.L., İtaliya