HƏR TABLETİN TƏRKİBİNDƏ:
Beta Qlükan – 150 mq
Vitamin E – 50 mq
Selen – 150 mkq
Sink – 25 mq
Vitamin C – 120 mq
FARMAKOLOJİ QRUPU: İmmunostimulyator; Antioksidant.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Beta Qlükan – insan orqanizminin immun sistemini gücləndirən rəqabətsiz bir vasitədir. Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmadığından olduğu kimi və demək olar ki, tam biomənimsənilməyə malikdir. Beta Qlükan bağırsaqların selikli qişa hüceyrələri tərəfindən udularaq selikaltı qata ötürülməklə yerli immunostimulyator təsirini (makrofaqların üzərindəki xüsusi reseptorlara təsir etməklə, onların virus, bakteriya, göbələk və parazitlərə qarşı aktivliyini) gücləndirir. Selikli qişada makrofaqların xüsusi aktivliyi ilə limfositlərin sayının artması və aktivləşməsi prosesi baş verir. Repopulyasiya qabiliyyətli, aktivləşmiş limfositlər bağırsağın selikli qişasından disseminasiya etməklə başqa orqanların selikli qişasına keçərək onların viruslardan, bakteriyalardan, göbələklərdən və parazitlərdən qorunmasını təmin edir. Biomənimsənilmiş Beta Qlükanın böyük qismi qana keçməklə qapı venası ilə qaraciyərə gəlir və burada kupfer hüceyrələri tərəfindən udulur, onları aktivləşdirərək bu hüceyrələr tərəfindən sitokinlərin (interleykin və interferonun) sintezini sürətləndirir. Beləliklə, Beta Qlükan orqanizmə daxil olmuş antigenlərdən və genetik yad maddələrdən orqanizmi qorumuş olur. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə Beta Qlükanın istənilən növ immun çatışmazlıqlarda istifadəsi mümkündür.
Vitamin E – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstəririr. Vitamin E həmçinin hüceyrəarası kollagen və elastin liflərinin formalaşmasında iştirak edir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Hemin, zülalların və qonadotropinin biosintezində iştirak edir. Vitamin E-nin avitaminozu kişilərdə toxum kisəsi epitelisinin dəyişilməsinə səbəb olur.
Sink – immunitetin formalaşmasında iştirak edir və kişi cinsiyyət vəzilərinin funksiyalarını yaxşılaşdırır (kişi cinsi hormonu olan dihidroksitestosteronun sintezində iştirak edir). Cinsiyyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil etdiyindən kişi və qadınlarda cinsi funksiyanın yerinə yetirilməsində bilavasitə iştirak edir. Çəngələbənzər vəzinin funsiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir.
Selen – insan orqanizmində müxtəlif lipopolisaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bəd xassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır. Həmçinin, sink spermatozoidlərin müdafiəsini və hərəkətliliyini təmin edir. Buna görə də kişi sonsuzluqları zamanı geniş istifadə olunur. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonlarının sintezi üçün əvəzolunmaz rola malikdir. Buna görə də yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur. Güclü antioksidant təsirə malikdir, eyni zamanda hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında vitamin E-nin fəaliyyətinə də əhəmiyyətli köməklik göstərir.
Vitamin C– metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsi ilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
GÖSTƏRİŞLƏRİ:
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın hər hansı komponentinə qarşı həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda halsızlıq və dispeptik əlamətlər.
DOZALANMASI: Sambovin profilaktik məqsədlə 1 tablet gün ərzində 1-2 dəfə, müalicə məqsədi ilə 1 tablet 2-3 dəfə təyin edilir . Preparatın qəbulu yeməkdən yarım saat qabaq bol maye ilə tövsiyyə edilir.
BURAXILIŞ FORMASI: Sambovin № 30.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: NOVATOR PHARMA LLP, Office 21, 8 Shepherd Market, London, W1J 7JY, UK.
İSTEHSAL EDİLİR: PRİMEA LİMİTED, İngiltərə, “ NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.