HƏR TABLETİN TƏRKİBİ:
Passiflora ekstraktı 150 mq
Yemişan ekstraktı 150 mq
Melissa ekstraktı 100 mq
Maqnezium 150 mq
B6 vitamini 3 mq
FARMAKOTERAPEVTİK QRUPU: Maqnezium və B6 vitamini ilə kombinə edilmiş bitki tərkibli sedative, spazmolitik preparat.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Passiflora ekstraktı (Çarxıfələk çiçəyi) – tərkibindəki viteksinlə zəngin flavonoid və alkaloidlərin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərərək əsəb, gərginlik hallarını aradan götürür, yuxunu bərpa edir və saya əzələ sisteminə spazmolitik təsir göstərərəkürək-damarsistemininişiniyaxşılaşdırır
Yemişan ekstraktı (Grataequs) – flavonoidlər, xolin, asetilxolin, fitoserinlərlə zəngin olduğundan bütün damarlara spazmolitik təsir göstərərək hipotenziv effektin əldə olunmasını təmin edir. Beləliklə beyin və koronar qan dövranını yaxşılaşdıraraq beyin və ürək hüceyrələrinin metabolizmini gücləndirir. Beyin damarlarının genişlənməsi və mediator balansın bərpa edilməsi nəticəsində isə sedativ effekt əldə edilir.
Melissa ekstraktı (Oğulotu ekstraktı) tərkibi sitralla, sitronella, geraiolla, linaloolla, fenilpropanoidlərlə, xlorohenon ve qəhvə turşuları ilə doymuş efir yağları ilə zəngindir. Melissa ekstraktı anksiolitik, antidepresant, spazmolitik, immunomodullaşdırıcı, virus əleyhinə, antibakterial və antiallergik təsirlərə malikdir. Bu xüsusiyyətlər Melissanın tərkibindəki konkret konponentlərin məsələn; sitronellanın – güclu sedativ təsiri, geraniollanın – spazmolitik təsiri, fenilpropanoidlərin – antibakterial, virus əleyhinə, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir. Melissa iştaha artırma, sidikqovucu və ürəkbulanmanı hamilələrdə mükkəmməl olaraq aradan goturməsi ilə tanınmışdır.
Maqnezium bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Hüceyrələrin həyati vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Fizioloji olaraq maqnezium hüceyrə daxili kation hesab edilir. Maqnezium ionları neyronların oyanıqlıqlarını aradan qaldıraraq sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək bütün fermentativ reaksiyalarda iştirak edir. Maqnezium deffisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.
B6 vitamini (piridoksin) koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadaləsinin tənzimlənməsini həyata keçirir. Mədə-bağırsaqlardan maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını təmin edir.
GÖSTƏRİŞLƏRİ:
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın hər hansı komponentlərinə qarşı həssaslıq. 6 yaşa qədər uşaqlar.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda halsızlıq və dispeptik əlamətlər.
DOZALANMASI: Novarest yuksək sinir oyanıqlığı, stres, əsəbilik hallarında 1 həb gün ərzində 2-4 dəfə, hamilə qadınlarda hipertonus zamanı 1 həb gün ərzində 2-3 dəfə təyin edilir. Yuxu pozğunluğu zamanı 2 həb yatmazdan əvvəl təyin edilir. Preparatın qəbulu yeməkdən sonar bol maye ilə tövsiyyə edilir. Maksimal sutkalıq doza 4 həbi keçməməlidir.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ TƏYİNİ: Hamiləlik və laktasiya dövründə preparatın təyini mümkündür.
XÜSUSİ GÖSTƏRİŞLƏRİ: Uzunmüddətli qəbulu mümkündür, öyrəşmə yaratmır, preparatın qəbulu zamanı spirtli içkilərdən istifadə yol verilməzdir.
DOZA HƏDDİNİN AŞILMASI: Simptomlar: baş gicəllənmə, qarın nahiyəsində spastik ağrıların olması, bəbəyin genişlənməsi, ürəkbulanma, qusma. Müalicəsi: mədənin yuyulması və simptomatik müalicə.
BURAXILIŞ FORMASI: NOVAREST № 30 tablet
SAXALANMA ŞƏRAİTİ: 250C temperaturdan yuxarı olmayaraq quru və günəş şualarından uzaq, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ: Yararlıq müddəti blisterlərdə və qutuda qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
APTEKDƏN BURAXILIŞ QAYDASI: Reseptsiz buraxılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “Novator Pharma” LLP, Böyük Britaniya.
İSTEHSAL EDİLİR: “PRIMEA LIMITED” İngiltərə. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə