TƏRKİBİ:
Balqabaq tumu yağı 250 mq
Saw Palmetto 208 mq
Pollen 100 mq
Arginin 80 mq
Vitamin E 36 mq
Zinc 22,5 mq
Selen 15 mkq
FARMAKOLOJİ QRUPU: Prostatoprotektor, antioksidant, immunostimulyator.
FARMAKOLOJI XÜSUSİYYƏTLƏRİ:
Pumpkin seed oil – Balqabaq tumu yağının təsiri onun tərkibindəki bioloji fəal maddələr: karotinoidlər, tokoferollar (alfa-, beta-, qamma-, siqma- izomerlər), fosfolipidlər, sterinlər, fosfatidlər, flavonoidlər, vitamin A, vitamin E, vitamin F, vitamin B1, vitamin B2, vitamin B6, vitamin C, vitamin PP, doymuş və doymamış yağ turşuları (palmitin, stearin, olein, linol, linolen, araxin turşuları), mineral birləşmələr və mikroelementlərlə əlaqədardır. Yüksək miqdarda olan tokoferol və karotinoidlər bioloji membranlarda lipidlərin peroksidləşməsini ləngitməklə güclü antioksidant təsir göstərir. Essensial fosfolipidlər hüceyrə membranının və orqanellaların membranlarının əsas sturuktur elementi olmaqla membran keçiriciliyini və oksidləşmə-fosforlaşma reaksiyalarını tənzimləyir, güclü prostatoprotektor təsir göstərir, eyni zamanda iltihabi proseslərin qarşısını alır. Doymamış yağ turşuları lipid mübadiləsində iştirak etməklə xolisterin, triqliserid və araxidon turşusunun metabolizmini tənzimləyir.
Saw Palmetto – Cırtdan palma sidik yollarının infeksiyaları, impotensia və prostat vəzinin xoşxassəli hiperplaziyası zamanı istifadə olunan ənənəvi vasitədir. Cırtdan palmanın komponentlərinin prostat vəzisinin hiperplaziyasını effektiv dərəcədə azaltması məlumdur. Təsir mexanizmi prostat vəzinin hiperplaziyasına səbəb olan testosteronun DHT-a çevrilməsi prosesini ingibə etməsi ilə bağlıdır. Bundan başqa Cırtdan palma ekstraktı DHT reseptorlarını da blokada edir.
Pollen – Bitki erkəkcikləri. Bu bitkilərin mayalanmasında iştirak edən erkəklik toxumudur. Bitki erkəkcikləri önəmli qida maddələri ilə zəngin mükəmməl vasitətir, hansı ki, tərkibi zülallar, 18 aminturşu, 16 vitamin, 18 mineral, 28 mikroelement, fermentlər və s. ibarətdir. Bitki erkəkcikləri enerji və fiziki dözümlülüyü artırır, immun sistemi gücləndirir, arıqlamağa kömək edir, zehni qabiliyyəti yaxşılaşdırır, ürək xəstəliklərindən, xərçəngdən, artritdən və hətta stressdən müdafiəni təmin edir. Bitki erkəkciklərinin qəbulu qocalmanı ləngidir, dərinin cavan qalmasını və gənclik enerjisinin saxlanmasını təmin edir.
Arginin – cinsi orqanların qan təchizatını gücləndirir, spermagenezi stimulə edir. Arginin toxum mayesinin tərkibinə daxildir və buna görə də, kişilərdə sonsuzluğun kompleks müalicəsində geniş istifadə olunur.
Vitamin E – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstəririr. Vitamin E həmçinin hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında iştirak edir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Hemin, zülalların və qonodotropinin biosintezində iştirak edir. Vitamin E avitaminozu kişilərdə toxum kisəsi epitelisinin dəyişilməsinə səbəb olur.
Sink – immunitetin formalaşmasında iştirak edir və kişi cinsiyyət vəzilərinin funksiyalaranı yaxşılaşdırır (kişi cinsi hormonu olan dihidroksitestosteronun sintezində iştirak edir). Cinsiyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil etdiyindən kişi və qadınlarda cinsi funksiyanın yerinə yetirilməsində bilavasitə iştirak edir. Çəngələbənzər vəzinin funsiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir.
Selen – insan orqanizmində müxtəlif liposaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bədxassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır. Həmçinin, sink spermatozoidlərin müdafiəsini və hərəkətliliyini təmin edir. Buna görə də kişi sonsuzluqları zamanı geniş istifadə olunur. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonlarının sintezi üçün əvəzolunmaz rola malikdir. Buna görə də yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur. Güclü antioksidant təsirə malikdir, eyni zamanda hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında vitamin E-in fəaliyyətinə də əhəmiyyətli köməklik göstərir.
GÖSTƏRİŞLƏRİ:
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dəri reaksiyalar, qusma və ürəkbulanma.
Doza həddinin aşılması: Simptomları: yan təsirlərin kəskinləşməsi. Müalicəsi: mədəni yumaq, aktivləşdirilmiş kömür qəbul etmək, simptomatik müalicə aparmaq.
QƏBUL QAYDASI VƏ DOZALANMASI: Daxilə, yeməkdən sonra. Bir tabletdən sutkada 1-2 dəfə.
BURAXILIŞ FORMASI: Rovinoprost №30 tablet. 10 tabletdən ibarət 3 blister və məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
SAXLANMA QAYDASI: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə 24ºC–dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
İSTİFADƏ MÜDDƏTİ: Qutunun və blisterlərin üzərində göstərilir. İstifadə müddəti bitdikdən sonra qəbul olunmur.
İSTEHSAL EDİLİR: “GRICAR CHEMICAL” Italiya. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANIN SAHİBİ: “NOVATOR PHARMA” Böyük Britaniya.