TƏRKİBİ:
Kalsium – 600 mq (kalsiumkarbonat -1500 mq)
Sink (sink oksid) – 10 mq
D3 vitamini (cholecalciferol) – 5 mkq (200 BV)
K1 vitamini (phytomenadione) – 50 mkq
FARMAKOLOJİ QRUPU: Kalsium və fosfor mübadiləs irequlyatoru.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Orqanizmdə (sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium və fosfor mübadiləsini tənzimləyən kompleks preparatdır. Orqanizmdə kalsium və D3 vitamini çatışmazlığını aradan qaldırmaqla kalsiumun rezorpsiyasını zəiflədir və sümük toxumasında miqdarını artırır. Dişlərin mineralizasiyasında vacib rol oynayır. Kalsium neyronların normal fəaliyyəti üçün vacib elementlərdən biri olmaqla yanaşı, əzələlərin yığılması və qanın laxtalanmasında da iştirak edir.
Kalsiumvə D3 vitamininin qəbulu sümük toxumasının rezorpsiyasını sürətləndir ən paratiroid hormonunun sintezini zəiflədir. D3 vitamininin aktiv transport fəaliyyəti nəticəsində kalsiumun nazik bağırsağın proksimal hissəsindən sürətli sorulması təmin olunur.
Sink-həyatı vacib mikroelementlərdən biri hesab olunur. Sümüklərin formalaşmasında, sümük toxumasının normal inkişaf proseslərində vacib rol oynayır. Sink D vitamininin təsirini gücləndirir və kalsiumun yüksək mənimsənilməsinə səbəb olur. Sink defisiti osteoporozun inkişafına və boy atmanın dayanmasına səbəb olur. Orqanizmdə yüzlərlə müxtəlif fermentlərin tərkib komponentidir, fermentative reaksiyalarda iştirak edir, normal boy artımını və inkişafı sürətləndirir, zülal və amin turşu sintezində rol oynayır, sərbəst radikalların yaranmasının qarşısını alır. Zədələnmiş sinir toxuma strukturunun bərpa olunmasını təmin edir.
K1 vitamini, yaxud filloxinon əsasən bitki mənşəli ərzaqlar da rast gəlinir. Ca-un bağırsaqdan sorulub sümük toxumasına çatdırılmasında vacib vitamindir. K1 vitamini aktiv forma osteokalsinin yaranmasında iştirak edir. Osteokalsin əsas sümük zülalı hesab olunur, sümüklərin yenilənmə və minerallaşma proseslərində Ca-un funksiyasını tənzimləyir. K1 vitaminiqanınlaxtalanmaprosesinitənzimləyir, qanaxmanıdayandırır, yaranın tez sağalmasını təmin edir. K1 vitamininin defisiti zamanı koaqulyasiya proseslərində iştirak edən qanın müxtəlif komponentlərinin sintezi azalır, kapillyarların keçiriciliyi artır.
GÖSTƏRİŞLƏRİ:
ƏKS GÖSTƏRİŞLƏRİ: Hiperkalsinemiya, hiperkalsiuriya, nefrolitiaz, D3 vitaminin hipervitaminozu, preparatın tərkibində ki hər hansı komponentə qarşı hiper həssaslıq.
HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANI İSTİFADƏSİ: Sutkalıq dozanı 1200 mq Ca və 10 mkq D3 vitaminindən artıq təyin etmək olmaz.
QƏBUL QAYDASI VƏ DOZALANMASI:
Böyüklərdə: Osteoporozun profilaktikası üçün 1 tabletdən gündə 1-2 dəfə, müalicəsi məqsədi ilə isə 1 tabletdən gündə 2-3 dəfə təyin edilir.
Kalsium və D vitamininin defisitinin bərpası məqsədi ilə: 12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 2 tablet, 2-6 yaş arası uşaqlarda ½ tablet gündə 1 dəfə.
Dozalanma həkim məsləhətinə uyğun dəyişdirilə bilər.
ƏLAVƏ TƏSİRLƏRİ: Allergik reaksiyalar, mədə-bağırsaq traktının disfunksiyaları (ishal və ya diareya, meteorizm, qusma, qarın nahiyyəsində ağrılar), hiper kalsinemiya və hiperkalsiuriya (sidikdə və qanda kalsiumun miqdarının artması).
DOZA HƏDDİNİN AŞILMASI: Anoreksiya, susuzluq, poliuriya, iştahanın azalması, baş gicəllənmə, üşümə, halsızlıq, ürəkbulanma, qusma, hiperkalsinemiya, hiperkalsiuriya, hiperkreatinemiya.
BURAXILIŞ FORMASI: № 30 tablet. Hər qutuda 15 tabletdən ibarət 2 blister olmaqla qablaşdırılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “Novator Pharma” LLP, Böyük Britaniya.
İSTEHSAL EDİLİR: “PRIMEA LIMITED” İngiltərə. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə