Balanslaşdırılmış vitamin, mineral və mikroelement kompleksi
TƏRKİBİ:
Hər 10 ml siropun tərkibində:
Vitaminlər: Makro və mikroelementlər:
Royal jelly 17 mq Kalsium Ca 26 mq
Vitamin C 45 mq Dəmir Fe 2,3 mq
Vitamin D 400 UI Maqnezium Mq 56 mq
Vitamin E 6 mq Sink Zn 2,2 mq
Vitamin B1 0,7 mq
Vitamin B2 1 mq
Vitamin B6 1,4 mq
Vitamin B3 10 mq
Fol turşusu 130 mkq
Biotin 50 mkq
Pantoten turşusu 6 mq
NOVASAN KİDS orqanizmin bütün vitamin, mineral və mikroelement çatışmazlığını aradan qaldırmaq üçün xüsusi hazırlanmış preparatdır. Tərkibindəki bütün vitamin, mineral və mikroelementlər bioloji aktiv halda və rahat mənimsəniləcək birləşmələr formasındadırlar. Bütün vitamin, mineral və mikroelementlər orqanizmin gündəlik tələbatına uyğun balanslaşdırılmışdır. Antioksidantlar (vitamin C, E) hüceyrələri zərərli faktorlardan müdafiə edir. Balanslaşdırılmış miqdarda olan B qrupu vitaminləri sinir sistemini möhkəmləndirərək normal fəaliyyətini təmin edir. Sink isə zərərli radikallardan müdafiəni gücləndirir. Novasan Kids tərkibindəki vitaminlərlə, amin turşularla, fosfolipidlərlə , sterollarla və fermentlərlə zəngin Royal Jelly hesabına çox güclü immunostumulyator, immunomodulyator, antioksidant və antihipoksant təsirlərə malikdir. Novasan Kids hər növ avitaminozlar, hipovitaminozlar və mikroelement çatışmazlığı zamanı istənilən qrup xəstələrə təyin edilə bilər.
GÖSTƏRİŞLƏRİ:
ƏLAVƏ TƏSİRLƏRİ: Düzgün dozalanma aparıldıqda praktiki olaraq əlavə təsirlər müşahidə olunmur. Nadir hallarda dispeptik əlamətlər.
ƏKS GÖSTƏİİŞLƏRİ: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
DOZA HƏDDİNİN AŞİLMASİ: anoreksiya , ürəkbulanma, qusma.
QƏBUL QAYDASI VƏ DOZALANMASI: NOVASAN KİDS cədvəldə göstərilən dozalara müvafiq gündə 1 dəfə səhər yeməyi zamanı qəbul edilir. Müalicə müddəti 1-3 aydır.
Yaş dövrü | Optimal doza | Maksimal sutkalıq doza |
6 aya qədər uşaqlar | 2,0 ml | 3,0 ml |
6 ay -1 yaş uşaqlar | 4,0 ml | 5,0 ml |
1-3 yaş uşaqlar | 7,0 ml | 10,0 ml |
3-5 yaş uşaqlar | 10,0 ml | 15,0 ml |
5-7 yaş uşaqlar | 15,0 ml | 20,0 ml |
7-12 yaş uşaqlar | 20,0 ml | 30,0 ml |
BURAXILIŞ FORMASI: Novasan Kids karton qutuda xüsusi 150 ml-lik flakonlada, içlik vərəqi və ölçü qapağı ilə birgə istehsal edilir.
SAXLANMA QAYDASI: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə, 26ºC–dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
İSTİFADƏ MÜDDƏTİ: Qutunun və flakonun üzərində göstərilir. Yararlıq müddəti bitdikdən sonra qəbulu məsləhət deyil.
Novasan Kids məhsulun və əmtəə nişanının sahibi “Novator Pharma”, Böyük Britaniya şirkətidir.
İSTEHSAL EDİLİR: “GRICAR CHEMICAL” İtaliya, “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.