BİR VAGİNAL ŞAMIN TƏRKİBİ:
Laktobatsilus Ramnozus 573 -1010 (10 milyard)
Adaçayı (Şalfey) bitkisinin ekstraktı – 3,5 mg
Laktoza – 560 mg
Süd turşusu – 70mg
Proteoza pepton – 40 mg
Fol turşusu – 1,5 mg
Çay ağacı yağı – 5 mg
FARMAKOTERAPEVTİK QRUPU: Antibakterial, antiseptik və göbələkəleyhinə təsirə malik vaginal probiotikdir.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Müxtəlif vaginal infeksion prosseslər və onların antibiotiklərlə, hormonal preparatlarla yerli və sistem müalicəsi, vaginal gigiyenik normaların qorunmaması normal vaginal mikrofloranın məhvinə gətirib çıxarır . Bu zaman yaranmış vaginal dizbakterioz qadın cinsiyyət orqanlarının infeksion-ilthabi proseslərə yoluxma hallarının artmasına, intim əlaqə zamanı və adi hallarda belə diskomfort, qaşınma və agrı hisslərinin yaranmasına səbəb olur.
Vagyminin terapevtik effekti tərkibindəki komponentlərin təsirinə əsaslanır. Sağlam qadınların vaginal mikroflorasının əsasını təşkil edən Laktobatsillus Ramnozus hesabına Vagymin normal vaginal mikrofloranı bərpa edərək, uşaqlıq yolunun patogen və şərti patogen mikroorqanizmlərə qarşı qoruyucu baryerini təşkil edir.
Tərkibindəki Adaçayı (Şalfey) bitkisinin ekstraktı vitaminlər, fitonsidlər, efir yaqları, alkoloidlər, flavonoidlər, üzvü turşular, təbii antioksidantlar ilə zəngindir.Bu zəngin tərkibinə görə Vagymin çox güclü dezinfeksiyaedici, iltihabəlleyhinə, antibakterial, antifunqal və regenerasiyaedici xüsusiyyətlərə malikdir.
Proteoza pepton vaginal selikli qişanın vacıb komponenti olub zədələnmiş selikli qişanın regenerasiyasını sürətləndirir və vaginal boşluqda xəstəlik törədən mikroorqanizmlərin artıb çoxalmasının qarşısını alır.
Fol turşusu selikli qişa hüceyrələrinin regenerator imkanlarını gücləndirməklə yanaşı, süd türşusu və laktoza ilə birgə vaginal boşluqda vacib saprofit bakteriyaların inkişafina əlverişli şərait yaradır,belə ki, təyinindən dərhal sonra vaginanın normal PH-ı ( 3,5- 4,5) bərpa olunur.
Çay ağacı yağı yerli antiseptik, təsir təsir göstərir və uşaqlıq yolunun divarının regenerasiya qabiliyyətini artırır.
GÖSTƏRİŞLƏR :
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda yerli allergik reaksiyalar (qaşınma, vaginal ifrazatın artması) müşahidə oluna bilər.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA: Şəxsi gigiyenanın bütün qaydalarına riayət edilərək bir şam uşaqlıq yoluna dərin olmaqla yatmazdan əvvəl qoyulur.Gün ərzində iki dəfə təyin olunarsa şamla bərabər vaginal tamponların qoyulması rahat istifadəyə zəmanət verir. Orta müalicə müddəti 7-10 gün götürülür, lazım olarsa müalicə kursu 20 günə qədər uzadıla bilər.
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi mümkündür.
Digər preparatlarla qarşılıqlı təsiri : Vagyminin antibakterial, göbələk əleyhinə və antiprotozoy preparatlarla (metronidazol və ko-trimoksazol istisna olmaqla) birgə təyini məsləhət deyil. Qeyd edilmiş dərman vasitələri ilə müalicədən sonra Vagyminin təyinatı vacibdir və müalicənin effektivliyini artırır.
BURAXILIŞ FORMASI: Hər biri 5 vaginal şamdan ibarət iki blisterli karton qutuda buraxılır.
SAXALANMA ŞƏRAİTİ: 150C-200C temperaturda və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANIN SAHİBİ: “NOVATOR PHARMA” Böyük Britaniya.
İSTEHSAL EDİLİR: “FULTON MEDICINALI” SPA İtaliya. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.