TƏRKİBİ:
Sitixolin (Citicoline) 100 mq
QAYT (GABA) 150 mq
Uridin (Uridine) 60 mq
Sitidin (Cytidine) 60 mq
Qlisin (Glycine) 100 mq
Vitamin B1 (Thiaminum) 5 mq
Vitamin B6 (Pyridoxinum) 6 mq
Köməkçi maddələr: Bitki mənşəli maqnezium stearat, silisium dioksid, mikrokristallik sellüloza, hidroksipropilsellüloza.
XÜSUSİYYƏTLƏRİ:
Sitixolin – sinir hüceyrəsini sitidin və xolin kimi əsas komponentlərlə təmin etdiyindən membran fosfolipidlərinin miqdarını artırır, membranoprotektor və neyroprotektor təsir göstərir. Sitixolin neyronların membran tamlığını bərpa etdiyindən toksik təsirli yağ turşularının işemiya sahəsinə toplanmasının qarşısını almaqla zədə nahiyyəsinin sürətlə bərpasına şərait yaradır. MSS stimulaşdırır, retikulyar formasiyanın aktivliyini artırır,əhval –ruhiyyə və əqli fəaliyyəti yüksəldir. Sitixolin beyində sinir impulslarının ötürülməsini təmin edən asetilxolinin birbaşa sintezində iştirak etdiyindən apatiya qısa müddətdə aradan qalxır, yaddaş, diqqət yaxşılaşır, tanıma və oriyentasiya yüksəlir.
QAYT (qamma-aminoyağ turşusu) – biogen maddə olub, insan orqanizmində mərkəzi sinir sisteminin əsas tormozlayıcı mediatorlarından biridir. QAYT-ın sinaptik boşluqlarda toplanması QAYTA və QAYTC reseptorlarının aktivləşməsinə, bu isə neyronal impulsların ingibə olunmasına səbəb olur. QAYT reseptorlarının liqandları müxtəlif psixi pozuntularla müşahidə olunan mərkəzi sinir sistemi xəstəliklərinin, Parkinson, Alsheymer, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiyanın müalicəsində istifadə olunan potensial preparatlardır. QAYT-ın aktivliyinin artması həmçinin, beyində energetik prosesləri yaxşılaşdırır, qlükozanın utilizasiyasını sürətləndirir, toxuma tənəffüsünü aktivləşdirir, qan təchizatını normallaşdırır. QAYT reseptorlarının aktivləşməsi kardiomiositlərdə sAMF-in miqdarının artmasına və kalsium ionlarının keçiriciliyinin zəifləməsinə, ürəyin normal ritm fəaliyyətinin bərpa olunmasına səbəb olur.
Sitidin və Uridin neyronal membranı formalaşdıran lipid komplekslərinin, xüsusilə mielin qatının əsası olan sfinqomielinin sintezində iştirak edir. Bununla birlikdə, sitidin və uridin hüceyrələrdə purin və pirimidin əsaslarının, nuklein turşularının (DNT və RNT) sintezində iştirak edir. Uridin və Sitidin mielin və digər sinir quruluşlarının əsas struktur vahidi olan fosfolipidlərin və qlikolipidlərin sintezində iştirak edir. Bunun davamı olaraq intensiv metabolizm aktivliyi başlayır, o da öz növbəsində periferik sinir sistemində demielinləşmə proseslərinin nəticələrini aradan qaldıran mielin qatının regenerativ proseslərinə imkan yaradır. Bu səbəbdən, Uridin və Sitidinin birgə təsiri mielin qatının regenerasiyasına səbəb olur sinir requlyasiyası üçün zəruri olan şəraitin və əzələ qidalanmasının bərpasına imkan yaradır. Sitidin və uridin serebral səviyyədə suksinat tsiklini gücləndirir. Bu tsikl hipoksik vəziyyətlərdə işə düşərək ammonyak və süd turşusunun beyin hüceyrələrini zədələməsinin qarşısını alır. Uridinin nəzərəçarpacaq qıcolmaəleyhinə təsiri bir çox eksperimental modellər üzərində aparılmış təcrübələrdə nümayiş etdirilmişdir. Sitidin neyronal membranlarda fosfolipid biosintezini stimulə edir
Qlisin – beyin metabolizmini aktivləşdirən əvəz olunmayan amin turşudur. Mərkəzi sinir sisteminin tormozlayıcı mediator kompleksinə aid olmaqla, sedativ və antidepressiv təsirlərə malikdir. Qlisin QAYT-ergik, alfa1-adrenoblokator, antioksidant və antitoksiki təsirləri ilə; N-metil D-aspartat reseptorlarının fəaliyyətini tənzimləyərək, psixoemosional gərginliyi və aqressivliyi aradan götürməklə, sosial adaptasiyanı və əhval-ruhiyyəni yaxşılaşdırır.
Vitamin B1 – beyinin işini stimullaşdırır və orqanizmi enerji ilə təchiz edir. B1 vitamini maddələrin, ilk növbədə karbohidratların mübadiləsində vacib rol oynayır. O, ürəyin işini normallaşdırır, orqanizmin böyüməsində və yağların, zülallların və suyun mübadiləsində iştirak edir. Bundan başqa, tiamin orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətini artırır, mədə şirəsinin turşuluğunu tənzimləyir və həzmi yaxşılaşdırır.
Vitamin B6 (piridoksin) əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmun sistemini gücləndirir. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Bioloji fəallığa malik qida əlavəsi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
- Osteoartikulyar (oturaq siniri, radikulopatiya və s.), metabolik (diabetik, alkoqol polinevriti və s.), infeksiya (kəmərləyici dəmrov) mənşəli və orqanizmin həddən artıq soyuması nəticəsində yaranan neyropatiyaların müalicəsi.
- Miopatiya, üz sinirinin, üçlü sinirin, qabırğaarası və bel nahiyəsində onurğa (lümbar) sinirlərinin iltihabı zamanı müşahidə olunan ağrılar.
- Kəllə-beyin travmaları, beyində aparılan cərrahi əməliyyatlardan sonra bərpa dövründə.
- İşemik insultdan sonrakı reabilitasiya dövrü
- Yaddaş və digər psixi funksiyaların pozulması: fizioloji qocalma, demensiya, psixi inkişafın ləngiməsi.
- Yuxu pozğunluqları və fobiyalar
- Nitq pozğunluqları: Afaziya, dizleksiya
- Müxtəlif mənşəli başgicəllənmələr
- Ensefalopatiyalar, dərman intoksikasiyası
- Digər patologiyaların kompleks mualicəsi: Epilepsiya, asteno-depressiv vəziyyətlər, psixozlar, parkinsonizm.
ƏKS GÖSTƏRİŞLƏRİ: Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
XÜSUSİ GÖSTƏRİŞLƏRİ: Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar, ürəkbulanma, qusma, başgicəllənmə, başağrısı, AT qalxması və ya enməsi, təngnəfəslik.
İSTİFADƏ QAYDASI VƏ DOZA: Böyüklər: 1 tablet gündə 1 dəfə.
SAXLANMA QAYDASI: Quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə, 25ºC-dən yüksək olmayan temperaturda saxlanılmalıdır.
BURAXILIŞ FORMASI: № 30 tablet,blisterdə, karton qutu qablaşmada qablaşdırılıb.
YARARLILIQ MÜDDƏTİ: 3 il.
MƏHSULUN VƏ ƏMTƏƏ NIŞANININ SAHİBİ “Novator Pharma”, Böyük Britaniya.
İSTEHSAL EDİLİR: «GRICAR CHEMICAL» SRL, İtaliya.