TƏRKİBİ: Hər 5 ml-də
QAYT ( GABA) 100 mq
Uridin (Uridine) 30 mq
Sitidin (Cytidine) 30 mq
Qlisin (Glycine) 100 mq
Vitamin B1 ( Thiaminum) 1,5 mq
Vitamin B6 (Pyridoxinum) 2 mq
Köməkçi maddələr: Su, qliserin, kalium sorbat, natrium benzoat, ksantan saqqızı, dadlandırıcı, limon turşusu, sukraloza
XÜSUSİYYƏTLƏRİ:
QAYT – biogen maddə olub, insan orqanizmində mərkəzi sinir sisteminin əsas tormozlayıcı mediatorlarından biridir. QAYT-ın sinaptik boşluqlarda toplanması QAYT A və QAYT C reseptorlarının aktivləşməsinə, bu isə neyronal impulsların ingibə olunmasına səbəb olur. QAYT reseptorlarının liqandları müxtəlif psixi pozğunluqlarla müşahidə olunan mərkəzi sinir sistemi xəstəliklərinin : Parkinson, Alsheymer, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiyanın kompleks müalicəsində istifadə olunan potensial preparatlardır. QAYT-ın aktivliyinin artması həmçinin, beyində energetik prosesləri yaxşılaşdırır, qlükozanın utilizasiyasını sürətləndirir, toxuma tənəffüsünü aktivləşdirir, qan təchizatını normallaşdırır. QAYT B reseptorlarının aktivləşməsi efferent sinir lifləri ilə ürəyə ötürülən hərəki impulsların kardiomiositlərə göstərdiyi oyandırıcı təsirin qarşısını alır. İşemiya zamanı yaranan simpatik ürək ritmi reflekslərini blokada edir. Taxikardiya və qulaqcıq ekstrasistoliyalarını aradan qaldırır. MSS pozğunluqları zamanı tövsiyə olunan istifadə müddəti arta bilər.
Sitidin – (SMF) – neyronal membranı formalaşdıran lipid komplekslərinin, xüsusilə mielin qatının əsas komponenti olan sfiqnomielinin sintezində iştirak edir. Bununla birlikdə, SMF, hüceyrə metabolizmində böyük əhəmiyyətə malik olan (məsələn, zülalların sintezi) nuklein turşularının (DNT və RNT) əsas tərkib hissəsidir .
Uridin – (UMF) – SMF təsirini tamamlayaraq, neyronal quruluşların və mielin qatının qlikolipidlərinin sintezində vacib koenzim kimi iştirak edir. Bundan başqa, əzələlərin yığılma proseslərində enegetik donor substratı olaraq təsir göstərir.
Nəticə olaraq, UMF və SMF mielin və digər sinir quruluşlarının əsas struktur vahidi olan fosfolipidlərin və qlikolipidlərin sintezində iştirak edir. Bunun nəticəsində metabolizm sürətlənir, periferik sinir sistemində demielinləşmə prosesləri zəifləyir, əksinə mielin qişada regenerasiya proseslərinin aktivləşməsi baş verir. Bu səbəbdən, UMF və SMF-in birgə təsiri mielin qatının regenerasiyasına, sinir ötürücülüyünün normallaşmasına və əzələ qidalanmasının bərpasına imkan yaradır.
Qlisin – beyin metabolizmini aktivləşdirən əvəz olunmayan amin turşudur. Mərkəzi sinir sisteminin tormozlayıcı mediator kompleksinə aid olmaqla, sedativ və antidepresiv təsirlərə malikdir. Qlisin QAYT-energik , alfa1-adrenoblokator, antioksidant və antitoksiki təsirləri ilə; N-metil D aspartat reseptorlarının fəaliyyətini tənzimləyərək, psixoemosional gərginliyi və aqresivliyi aradan götürməklə, sosial adaptasiyanı və əhval ruhiyəni yaxşılaşdırır.
Vitamin B1 – digər B qrupu vitaminlərlə birlikdə orqanizmdə, mərkəzi sinir sistemi sağlamlığını qorumaqda əhəmiyyətli rol oynayır. Karbohidrat, zülal və yağ mübadiləsini tənzimləyir, sinapslarda sinir ötürücülüyündə iştirak edir. Karbohidratların enerji istehsalında, ürək və həzm sistemi əzələlərinin tonusunun qorunmasında böyük rolu vardır. Çatışmazlığı mərkəzi və periferik sinir sisteminin və ürək damar sisteminin pozğunluğuna səbəb olur.
Vitamin B6 – əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmuniteti gücləndirir. Amin-transferaza fermentinin kofermentidir. Qlutamin turşusunun QAYT-a çevrilməsində iştirak edir. QAYT-ın endogen sintezini aktivləşdirir. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Bioloji fəallığa malik qida əlavəsi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
İSTİFADƏ QAYDASI VƏ DOZA:
4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur. 4-7 yaş 2,5 ml gündə 1 dəfə, 7-10 yaş 5 ml gündə 1 dəfə, 10 yaşdan yuxarı uşaqlar və böyüklər 7,5 ml gündə 1 dəfə istifadə olunur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Digər hallarda həkim məsləhəti ilə təyin edilə bilər.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergik reaksiyalar.
ƏKS GÖSTƏRİŞLƏRİ: Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
DOZA HƏDDİNİN AŞILMASI: Anoreksiya, iştahanın azalması, başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma.
BURAXILIŞ FORMASI: Cerebrovin KIDS karton qutu qablaşmada, 150 ml plastik flakonda, içlik vərəqəsi və ölçü qapağı ilə birgə istehsal edilir.
SAXLANMA QAYDASI: 25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: «Novator Pharma» Office 21. Shepherd Market, London W1I7JY, – Böyük Britaniya.
İSTEHSALÇI: “Gricar Chemical SRL” via San Giuseppe, 18/20 – Brugherio ( MB) – İtaliya