Orqanizmin metabolik proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
XÜSUSİYYƏTLƏRİ:
Gimnema ekstraktı – karbohidrat mübadiləsinin pozulması, şəkərli diabet zamanı geniş tətbiq olunur.Tərkibindəki qlikozidlər (gimnemozid, gimnem turşusu), qurmarin və digər aktiv komponentlər karbohidrat mübadiləsinə müsbət təsir göstərir, qanda şəkərin miqdarını azaldır, beta-hüceyrələr tərəfindən insulinin sintezini artırır, qlukoza və yağ turşularının bağırsaqlardan sorulmasını ləngidir. Gimnema ekstraktı I və II tip şəkərli diabetli xəstələrdə hipoqlikemik effekti sayəsində damar patologiyaları kimi ağırlaşmaların yaranmasının qarşısını alır. Gimnema ekstraktı qlukozanın metabolizmində iştirak edən fermentlərin aktivliyini artırır və metabolizmini sürətləndirir.
Moradin (bənövşəyi qarğıdalı) ekstraktı – Bənövşəyi qarğıdalı tərkibində çoxlu miqdarda antosianlar hesabına tibbdə hipoqlikemik vasitə kimi populyarlıq qazanıb. Çoxsaylı tədqiqatlar göstərir ki, antosianlar antihiperqlikemik effekti sayəsində qan zərdabında qlukozanın səviyyəsini normallaşdırır. Antosianlar tibbdə antioksidant, iltihabəleyhinə, kardioprotektor, neyroprotektor və şişəleyhinə effektləri ilə tanınır. Bənövşəyi qarğıdalının tərkibindən alınmış sianidin – 3-O-β-D-qlukozid antosianı II tip diabetli xəstələrdə piylənmənin fizioloji mexanizmlərinə təsir göstərərək, çəkini kontrolda saxlamağa kömək edir. Moradin alfa-qlikozidaza və alfa-amilaza fermentlərini inhibə edərək, sellüloza və nişastanın parçalanmasının qarşısını alır və qlukozanın bağırsaqlardan sorulmasının qarşısını alaraq, qanda şəkərin miqdarını tənzimləyir.
Xolin bitartrat – orqanizmdə yağ turşularının metabolizmində iştirak edir, bədən çəkisinin azaldılmasında istifadə olunur. Bununla yanaşı xolin xolesterini parçalayaraq damar divarına çökməsinin qarşısını alır. Xolin – sinir sisteminin fəaliyyətinə də müsbət təsir göstərir, beyin imkanlarını artırır, yaddaş, diqqət, nitq və s. kimi koqnitiv funksiyaları aktivləşdirir.
Sink –immunitetin formalaşmasında iştirak edir və kişi cinsiyyət vəzilərinin funksiyalarını yaxşılaşdırır (kişi cinsi hormonu olan dihidroksitestosteronun sintezində iştirak edir). Cinsiyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil etdiyindən kişi və qadınlarda cinsi funksiyanın yerinə yetirilməsində bilavasitə iştirak edir. Çəngələbənzər vəzin funsiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir.
Xrom – Orqanizmin fəaliyyətində ən vacib elementlərdən biridir, onun normadan az olması şirin qidalara çox güclü istək yaradır. Belə ki, xrom orqanizmdə şəkər mübadiləsinin tənzimləyici amilidir. Xrom tərkibli qida və preparatların müntəzəm şəkildə qəbulu nəticəsində bir çox xəstəliklərin tam və ya nisbi sağalması prosesi gedir və buna misal olaraq maddələr mübadiləsinin pozulmaları, xüsusən də piylənmə, hipoqlikemiya, insult, hipertoniya, Kron və Menyer xəstəlikləri, kolit, xora, qastrit, dağınıq skleroz, miqren, epilepsiya və bir çox psixoloji pozulmaları göstərmək olar. Orqanizmdə insulin mübadiləsinin pozulması, piylənmə və xrom defisitinin yaranması ürək xəstəliklərinin əmələ gəlməsinə birbaşa təsir göstərir. Xrom defisiti zamanı qanın tərkibində xolesterin və triqliseridlərin miqdarı artır, arterial damarlarda ateroskleroz inkişaf edir və nəticəsində damarların mənfəzi daralır və işemiya baş verir. Qanın tərkibində olan qlükozanın səviyyəsini birbaşa tənzimləyən faktor xromun miqdarıdır. Orqanizm yaşlandıqca orqanizmdə xroma olan tələbat artır.
Vitamin B6 (piridoksin) -əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmun sistemini gücləndirir.
Vitamin B12 (sianokobalamin)- hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində iştirak edir. Vitamin B12-nin çatışmazlığı qanyaranmanın pozulmasına səbəb olur. Vitamin B12 maddələr mübadiləsində birbaşa iştirak edərək toxuma regenerasiyasını sürətləndirir. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Bioloji fəallığa malik qida əlavəsi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
- Şəkərli diabet I və II tip
- Metabolik pozğunluqlarla əlaqədar olan piylənmə
- Ateroskleroz və onun fəsadlarının kompleks müalicəsində
- Şəkərli diabetli xəstələrdə ürək-damar patologiyaları kimi ağırlaşmaların kompleks müalicəsində
İSTİFADƏ QAYDASI VƏ DOZA Böyüklər: 1 tablet gündə 1 dəfə qəbul olunur.
XÜSUSİ GÖSTƏRİŞLƏRİ: Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
ƏKS GÖSTƏRİŞLƏRİ Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya, 18 yaşa qədər şəxslər.
ƏLAVƏ TƏSİRLƏRİ: İndividual olaraq orqanizm tərəfindən qəbul olunmaması, allergik reaksiyalar.
BURAXILIŞ FORMASI: 60 tablet
YARARLILIQ MÜDDƏTİ: 3 il.
SAXLANMA QAYDASI: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə 25 ºC-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ “Novator Pharma”, Böyük Britaniya.
İSTEHSALÇI «GRICAR CHEMICAL» SRL, İtaliya.