TƏRKİBİ:
Hər 5 ml siropun tərkibində:
Dəmir qlükonat 150 mq
Fol turşusu 200 mkq
Vitamin B12 1,5 mkq
Vitamin C 30 mq
FARMAKOTERAPEVTIK QRUPU: Antianemik.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: FERNİCSİL Kids kombinə olunmuş preparatdır.
Dəmir qlükonat – orqanizmdə hemoqlobinin əsas tərkib komponenti olan dəmirin defisitini aradan qaldırır.
Fol turşusu – dəmir defisitli anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulyasiya edir. Eyni zamanda fol turşusu bağırsaqların və qaraciyərin funksiyalarına əhəmiyyətli dərəcədə təsirə malikdir. Qaraciyərdə xolinin sintezini artırır və piy infiltrasiyasını məhdudlaşdırır. Fol turşusu immun sistemi gücləndirir, ağ qan hüceyrələrinin yaranmasını və funksionallığını artırır. Fol turşusu hamiləlik zamanı embrionun sinir hüceyrələrinin bölünməsində və formalaşmasında vacib rola malikdir.
Vitamin B12 – eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin, vitamin B12 hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.
Vitamin C – metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi və immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
GÖSTƏRİŞLƏRİ:
ƏLAVƏ TƏSİRLƏRİ: Ürəkbulanma, qusma, qastralgiya, qəbizlik və ya diareya.
BURAXILIŞ FORMASI: Şərbət.
QABLAŞDIRMA FORMASI: 150 ml plastik flakonda, karton qutu qablaşmada.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR: Dəmir , fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ QAYDALARI VƏ DOZA: 4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur. 4-14 yaş 5 ml gündə 1 dəfə. Digər hallarda həkim məsləhəti ilə qəbul oluna bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. Hemolitik anemiya, hemoxromotoz, hemosideroz, aplastik anemiya.
Yararlılıq müddətİ: 3 il.
SAXLANMA ŞƏRAİTİ: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə, 25ºC-dən yuxarı olmayan temperaturda saxlanmalıdır.
MƏHSULUNUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: NOVATOR PHARMA LLP, Office 21, 8 Shepherd Market, London, W1J 7JY, Böyük Britaniya.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə): “GRICAR CHEMICAL S.R.L”, İtaliya.