TƏRKİBİ:
Qlükozamin sulfat – 500 mq
Xondroitin sulfat – 400 mq
Metilsulfonilmetan – 375 mq
FARMAKOLOJİ QRUPU: Xondroprotektor.
FARMAKOLOJİ TƏSİRİ:
Qlükozamin sulfat – birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir. Qlükozamin molekulası mədə-bağırsaq traktından sorulur və daha sonra qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır. Qlükozamin sulfat yüksək biomənimsənilməyə malikdir. Hətta müxtəlif xəstəliklər nəticəsində funksiyası pozulmuş MBT-dən də yaxşı sorulmaq qabiliyyətinə malikdir. Qlükozamin sulfat orqanizm üçün təhlükəsizdir və müxtəlif tədqiqatlara əsasən revmatik xəstəliklərin korreksiyasında uzunmüddətli istifadə oluna bilər.
Xondroitin sulfat – mukopolisaxarid təbiətli maddədir. Əsasən, sümük və qığırdaq toxumalarında yerləşir. Peroral qəbulu zamanı MBT-dən sürətlə sorulur. Cmax –a 3-4 saata çatır. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasını zədələyən fermentləri blokada etməklə qığırdaq toxumasının strukturunun tamlığını qoruyur. Qlükozaminqlükanların sintezini stimulə etməklə qığırdaq toxumasının tamlığını bərpa edir. Oynaqların sinovial mayesinə asanlıqla penetrasiya edir. Sinovial mayenin sintezini sürətləndirməklə zədələnmiş oynaqların hərəkətliliyini artırır. Bundan əlavə, xondroitin sulfat sümük toxumasının formalaşmasında da iştirak edir. Sümük toxumasının rezorbsiyasını ləngidir və kalsiumun itirilməsini azaldır, nəticədə osteoporozların inkişafını tormozlayır. Eyni zamanda damar divarının möhkəmliyini və elastikliyini təmin edir. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir, QSİƏP-lərə tələbatı azaldır. Böyrəklərlə xaric olunur.
Metilsufonilmetan (MSM) – kükürdün (S) təbii mənbəyidir. Kükürd həyat üçün vacib olan 5 əsas elementdən biridir. Daxili orqanların, sinirlərin, sümüklərin və qığırdağın hüceyrələrinin tərkibinə daxildir. Kükürd demək olar ki, bütün zülalların tərkibinin əsas komponentidir, xüsusilə əzələləri, bağları və sümükləri, həmçinin saçları və dərini formalaşdıran zülalların tərkibinə daxildir. Sübut olunub ki, artrozu olan xəstələrin qığırdaq toxumasında kükürdün miqdarı normadan 3 dəfə azdır.
MSM kollagenin, immunoqlobulinlərin, fermentlərin sintezində iştirak edir. Həmçinin birləşdirici toxumanın normal fəaliyyəti üçün vacib elementdir. MSM əzələlərin və vətərlərin qan təchizatını və normal iş fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Oynaqların hərəkətliliyini artırır.
Digər kükürd saxlayan maddələrdən fərqli olaraq MSM heç bir qoxuya və qaz əmələgətirmə xüsusiyyətinə malik olmadığı üçün toxumaların qoxu verməsi müşahidə olunmur. Hazırda MSM müxtəlif xəstəliklərin – artrit, osteoxondroz, oynaq ağrıları, bilək-vətər sindromunda, allergiya, iltihab, mədə qıcqırması, rinit, saç tökülməsi problemlərində (keratinin miqdarının normadan az olduğu hallarda), parazitar infeksiyalarda, eyni zamanda dəri və dırnaq problemlərində geniş istifadə olunur.
GÖSTƏRİŞLƏRİ:
ƏKS GÖSTƏRİŞLƏRİ: Hamiləlik və laktasiya dövrü. Preparatın tərkibindəki komponentlərə qarşı həssaslıq. Uşaqlarda istifadəsi məsləhət görülmür.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dispeptik narahatlıqlar, baş ağrısı, başgicəllənmə, allergik reaksiyalar.
QƏBUL QAYDASI VƏ DOZALANMASI: 1 tablet gündə 2-3 dəfə bol maye ilə qəbul edilir. Dozanın artırılması məsləhət görülmür.
BURAXILIŞ FORMASI: CHONDROCSİL 30 qastro-rezistent tablet. 10 tabletdən ibarət 3 blister və məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
İSTEHSAL EDİLİR: “GRICAR CHEMICAL” S.R.L., İtaliya.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANIN SAHİBİ: “NOVATOR PHARMA”, Böyük Britaniya .