TƏRKİBİ:
Balıq yağı 1000 mq
EPA 350 mq
DHA 250 mq
Vitamin E 7.5 mq
FARMAKOTERAPEVTİK QRUPU : Balıq yağı və vitamin preparatı
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Balıq yağı (Omeqa3) – güclü antioksidantdır. Omega-3 dokasaheksan (DHT) və eykosapentain (EPT) turşuları hüceyrə membranının əsas struktur vahidlərindən hesab olunur. Ürək-damar xəstəliklərinin riskini azaldır, damarları möhkəmləndirir və onların elastikliyini artırır. Qanın aqreqasiyasını yaxşılaşdırır və qan təzyiqini normaya salır. İnsult və infakt kimi ağır pozulmaların qarşısını alır. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, gün ərzində 1000 mq balıq yağı qəbul edən şəxslərdə koronar ürək xəstəliyinin ümumi göstəricisi 16%, bu xəstəliyin risk qrupuna daxil olanların sayı isə 47% azalmışdır. Həmçinin omega-3 antikanserogen və immunostimulyator təsir effektinə malikdir. Eyni zamanda Omeqa-3 beyinin normal fəaliyyəti üçün çox vacibdir, belə ki, o, sinir impulslarının bir hüceyrədən digərinə ötürülməsini təmin edən enerjinin qısa müddət ərzində yaranmasina səbəb olur. Tərkibindəki doymamış yağlar (EPA və DHA) hamilə ana orqanizmində dölün formalaşmasını və inkişafını təmin edərək vaxtından qabaq doğuş və düşük riskini aradan qaldırır.
Vitamin E – orqanizm üçün əhəmiyyətli antioksidantdır. E vitamini zülalların biosintezi, hüceyrələrin proliferasiyası, toxuma tənəffüsü kimi hüceyrələrdə gedən son dərəcə mühüm proseslərdə iştirak edir. Vitamin E orqanizmdə oksidləşmə-reduksiya reaksiyalarını zəiflətməsi hesabına sərbəst radikalların miqdarını azaldaraq antioksidant təsir göstərir, eyni zamanda hüceyrəvi və humoral immuniteti stimulə etməklə immunomodulyator təsir göstərir. Damar divarı tonusunu və keçiriciliyini normallaşdırır, angioprotektiv təsir göstərir. Qanı durulaşdırmaqla laxtalanmanın qarşısını alir və periferik qan dövranını yaxşılaşdırır. Vitamin E bir sıra reproduktiv proseslərin normal gedişatını təmin edir. Vitamin E-nin çatışmazlığı ağır hallarda damar tonusunun aşağı düşməsi, hipotoniya, skelet və ürək əzələlərinin və miokardın distrofiyası, fotoreseptorların degenerasiyasının artması fonunda görmənın pozulması kimi patologiyalara səbəb olur.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR: Balıq yağına qarşı fərdi dözumsüzlük, hemorragik sindrom
XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ: Şəkərli diabetli xəstələr istifadə edə bilərlər.
Мədəaltı vəzı və öd kisəsi xəstəlikləri ilə əlaqədar yağların sorulmasında pozğunluq olduqda xəstələrin vəziyyətini diqqətlə öyrənmək lazımdır. Bu halda “Novalopin” təyin olunmur
DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Antikoaqulyantlarla müalicə alan xəstələrə “Novalopin” təyin olunarkən qanaxma müddətinin bir qədər uzana bilmə ehtimalını nəzərə alaraq xəstələri müşahidə altında saxlamaq, ehtiyac olarsa – antikoaqulyant preparatın dozasını korreksiya etmək lazımdır.
İSTİFADƏ QAYDASI VƏ DOZASI: 1 kapsul gündə 1 dəfə yeməkdən əvvəl.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dəridə qızartı və səpkilər
BURAXILIŞ FORMASI: №30 kapsul
SAXLANMA ŞƏRAİTİ: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə 24ºC–dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: NOVATOR PHARMA LLP, Office 21, 8 Shepherd Market, London, W1J 7JY, UK.
İSTEHSALÇI: Gricar Chemical S.R.L, Via S. Giuseppe, 18/20, 20861 Brugherio MB, İtaliya.