TƏRKİBİ:
L-karnitin 500 mq
Koenzim Q10 40 mq
Kversetin 25 mq
FARMAKOLOJİ QRUPU: Hüceyrə metabolizmini gücləndirən vasitə; Kardioprotektor; neyroprotektor, sitoprotektor.
L-karnitin (levokarnitin, vitamin BT, vitamin B11) – aminturşu olub, B qrupu vitaminlər ailəsinə mənsubdur. Anabolik, antihipoksik və antitireoid təsirə malikdir. Yağların mübadiləsini aktivləşdirir, toxumaların regenerasiyasını stimulə edir, iştahanı artırır. Orqanizmdə l-karnitin qaraciyərdə və böyrəklərdə sintez olunur, digər orqan və toxumalara daşınır. L-karnitin uzunzəncirli yağ turşularını mitoxondrial matriksə daşıyır, burda onların parçalanmasını və asetil-KoA-nın qlükoneogenez prosesində piruvatkarboksilazanın iştirakını artırır. L-karnitin keton cisimciklərinin əmələ gəlməsini, xolin və onun efirlərinin sintezini, oksidləşdirici fosforlaşmanı və enerji ayrılmasını, ATF sintezini sürətləndirir. L-karnitin rəqabətə girərək qlükozanı sıxışdırır və yağ turşularının oksigendən asılı olmayan metabolizminə yol açır, buna görə də beyinin hipoksiyasında və digər kritik vəziyyətlərdə effektivdir. Həzm şirələrinin sekresiyasını və fermentativ fəallığını artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır, artıq bədən çəkisini azaldır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır. Qaraciyərdə və əzələlərdə qlikogen ehtiyyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, zədələnmiş sinir toxumasını bərpa edir.
Koenzim Q10 – Q10 iliubixinonun kofermentidir. Orqanizmin bütün hüceyrələrinin mitoxondrilərində olur. İnsan orqanizmində yalnız 10 izopren zəncirli ubixinona rast gəlınir. Enerji mübadiləsini sürətləndirir. Hüceyrələri sərbəst radikallardan qoruyur, immuniteti artırır. Antioksidant, antiaterosklerotik təsirlərə malikdir. Qanın lipid tərkibini və reoloji xüsusiyyətlərini normallaşdırır. Miokardın yığılma qabiliyyətini yaxşılaşdırır, miokardın qanla təchizatını artırır. Antiaritmik, hipotenziv, immunomodulyator, hepatoprotektor təsir göstərir. Qanda qlükozanın səviyyəsini normallaşdırır.
Dihidrokversetin antioksidant, kapillyaroprotektiv, dezintoksikasion, ödem əleyhinə, regenerasiyanı artıran bioflavonoid olub kapillyarların işini aktivləşdirir, qan-damar divarlarını möhkəmləndirir. Bütün orqanizmdə qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Miokardın qan təchizatını yaxşılaşdırır və işemiyaya uğramış sahələri bərpa edir. Dihidrokversetin güclü antioksidant effektə malikdir, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur, hüceyrələrin vaxtından əvvəl qocalması prossesini tormozlayır.
GÖSTƏRİŞLƏRİ:
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar, qusma və ürəkbulanma.
DOZA HƏDDİNİN AŞILMASI: Simptomları: yan təsirlərin kəskinləşməsi. Müalicəsi: mədəni yumaq, aktivləşdirilmiş kömür qəbul etmək, simptomatik müalicə aparmaq.
DOZALANMASI: Ksinocard 1 həb gün ərzində 1-2 dəfə daxilə təyin edilir.
BURAXILIŞ FORMASI: Ksinocard № 30. 10 tabletdən ibarət 3 blister və məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
SAXLANMA QAYDASI: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə 24ºC–dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
İSTİFADƏ MÜDDƏTİ: Qutunun və blisterlərin üzərində göstərilir. İstifadə müddəti bitdikdən sonra qəbul olunmur.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “Novator Pharma” LLP, Böyük Britaniya.
İSTEHSAL EDİLİR: “GRICAR CHEMICAL” İtaliya “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.