Beta Qlükan – insan orqanizminin immun sistemini gücləndirən rəqabətsiz bir vasitədir. Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmadığından, olduğu kimi və demək olar ki, tam biomənimsənilməyə malikdir. Beta qlükan bağırsaqların selikli qışa hüceyrələri tərəfindən udularaq selikaltı qata ötürülməklə yerli immunostimulyator təsirini – makrofaqların üzərindəki xüsusi reseptorlara təsir etməklə, onların virus, bakteriya, göbələk və parazitlərə qarşı aktivliyini gücləndirməklə həyata keçirir. Selikli qişada makrofaqların xüsusi aktivliyi ilə limfositlərin də sayının artması və aktivləşməsi prosesi baş verir. Repopulyasiya qabiliyyətli, aktivləşmiş limfositlər bağırsağın selikli qişasından desseminirə etməklə başqa orqanların selikli qişasına keçərək, onların viruslardan, bakteriyalardan, göbələklərdən və parazitlərdən qorunmasını təmin edir. Biomənimsənilmiş beta qlükanın böyük qismi qana keçməklə, qapı venasıyla qaraciyərə gələrək burada Kupfer hüceyrələri tərəfindən udulur və onları aktivləşdirərək bu hüceyrələr tərəfindən sistem immun sitokinlərinin (interleykin və interferonların) sürətli sintezini reallaşdırır. Bununla da, beta qlükan orqanizmə daxil olmuş antigenlərin və genetik olaraq yad maddələrdən belə orqanizmi qorumuş olur. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə beta qlükanın istənilən növ immunçatışmazlıqlarda istifadəsi mümkündür.
Vitamin E – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. Vitamin E həmçinin, kollagen və elastiki liflərin formalaşmasında, hemin, zülalların biosintezində iştirak edir. Tokoferol qanın laxtalanmasını azaltmaqla periferik qan dövranını yaxşılaşdırır.
Sink – immunitetin formalaşmasında iştirak edir. Çəngələbənzər vəzinin funksiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir.
Selen – insan orqanizmində müxtəlif liposaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Güclü antioksidant təsirə malikdir, eyni zamanda hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında vitamin E-nin fəaliyyətinə də əhəmiyyətli köməklik göstərir. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonlarının sintezi üçün əvəzolunmaz rola malikdir. Buna görə də, yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur. Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bədxassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır.
Vitamin C – metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
GÖSTƏRİŞLƏRİ:
İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI: SAMBOVIN KIDS sirop cədvəldə göstərilən dozalara müvafiq gündə 1-2 dəfə yeməkdən bir saat sonra təyin edilir . Müalicə müddəti 1-4 həftədir. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır. Su və ya digər mayelərlə (400C – dən yuxarı olmayan) qatıla bilər.
Yaş dövrü | Birdəfəlik doza | Mak. sutkalıq doza |
1 yaşa qədər | 2,0 ml | 4,0 ml |
1–3 yaş | 3,5 ml | 7,0 ml |
3-5 yaş | 5,0 ml | 10,0 ml |
5-8 yaş | 7,0 ml | 14,0 ml |
8-12 yaş | 10,0 ml | 20,0 ml |
12 yaşdan yuxarı | 15,0 ml | 30,0 ml |
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Düzgün dozalanma zamanı heç bir əlavə təsir qeydə alınmamışdır.
DOZA HƏDDİNİN AŞILMASI: iştahanın azalması, ürəkbulanma, qusma.
BURAXILIŞ FORMASI: SAMBOVIN KIDS karton qutuda xüsusi 150 ml flakonlarda, içlik vərəqi və ölçü qaşığı ilə birgə istehsal edilir.
İSTEHSAL EDİLİR: PRIMEA LIMITED, İngiltərə.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “NOVATOR PHARMA” Böyük Britaniya.