XÜSUSİYYƏTLƏRİ:
Kəklikotu (Thymus vulgaris L.) – ekstraktı 0,6% efir yağından ibarətdir ki, onun da əsas komponentini timol və karvakrol təşkil edir. Bunların sayəsində antibakterial, antifunqal, spazmolitik, iltihab əleyhinə və bəlgəmgətirici təsirlərə malikdir. Tərkibində olan zeaksantin, lyütein və apigenin flavonoidləri sayəsində isə güclü antioksidant təsir göstərir. Kəklikotunun tərkibindəki timol həmçinin qurd əleyhinə, sakitləşdirici və agrıkəsici effektlərə də malikdir.
Altey (Althaea officinalis L.) – ekstraktının tərkibinin 35%-ə qədərini polisaxarid tərkibli selik təşkil edir, bundan əlavə tərkibinə flavonoidlər, rutin, fitosterin və tanninlər də daxildir. Bunların sayəsində bəlğəmi durulaşdırır və kirpikli epitelin funksiyasını sürətləndirərək bəlğəmin rahat xaric olmasına şərait yaradır. Tərkibində olan flavonoidlər və tanninlər iltihabı aradan qaldırır, polisaxarid tərkibli selik isə bronxların və qırtlağın selikli qişasını bürüyərək qıcıqlanmanın qarşısını alır və zədələnmiş selikli qişanın regenerasiyasını təmin edir.
Qara kəndalaş çiçəkləri (Sambucus nigra L.) – ekstraktı qlikozidlər, efir yağları, flavonoidlər (rutin, kversetin), aminturşular və minerallarla zəngindir. Qara kəndalaş güclü iltihab əleyhinə, spazmolitik və virusəleyhinə təsirlərinə görə digər bitkilərdən seçilir. Bronx divarında spazmı və ödemi aradan qaldıraraq bronx keçiriciliyini normallaşdırır, xüsusən spastik öskürəklərdə effektlidir. Həmçinin, antibakterial, bəlğəmgətirici, hərarətsalıcı, tərqovucu təsirlərə də malikdir.
Vitamin C (Ascorbic acid) – orqanizmdə sintez olunmur, yalnız qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir. Vitamin C orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Güclü antioksidant təsirə malikdir.
Bal (Honey) – tərkibi 75-80% karbohidratlar (qlükoza, saxaroza, fruktoza), vitaminlər B1, B2, B6, E, C, fol turşusu ilə zəngindir. Avitaminozlar, hipovitaminozları aradan qaldırır, immun sistemini gücləndirir, orqanizmin xəstəliklərə qarşı davamlığını artırır.
GÖSTƏRİŞLƏRİ:
İSTİFADƏ QAYDASI:
0-3 yaşlı uşaqlarda 2,5 ml gündə 2 dəfə
3-8 yaşlı uşaqlara 2,5 ml gündə 2-3 dəfə
8-14 yaşlı uşaqlara 5 ml gündə 2 dəfə, yeməkdən 20 dəqiqə sonra təyin olunur.
Qəbul müddəti 1- 4 həftədir. Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dispeptik əlamətlər, başgicəllənmə və allergik reaksiyalar.
ƏKS GÖSTƏRİŞLƏRİ: Hiperhəssaslıq.
DOZA HƏDDİNİN AŞILMASI: Anoreksiya, iştahanın azalması, halsızlıq, ürəkbulanma, qusma.
BURAXILIŞ FORMASI: Brocsevin KIDS karton qutuda xüsusi 150 ml flakonlarda, içlik vərəqi və ölçü qaşığı ilə birgə qablaşdırılır.
SAXLANMA QAYDASI: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə 26ºC-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ “Novator Pharma”, Böyük Britaniya.
İSTEHSALÇI: “Gricar Chemical” S.R.L, San Giuseppe, 18/20 via – Brugherio (MB) – İtaliya.