İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Gözün görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
XÜSUSİYYƏTLƏRİ:
Qaragilə – Qaragilə mühüm bioloji aktiv maddələrin təbii mənbəyidir. Onun üzvi turşuları və pektinləri orqanizmdən maddələr mübadiləsi məhsullarının və yad maddələrin çıxarılmasına səbəb olur. Qaragilənin tərkibinə daxil olan antioksidant xassəli aktiv maddələr gözün torlu qişasına sərbəst radikalların zərərli təsirini azaldır, torlu qişa hüceyrələrinə oksigen və qida maddələrinin daxil olmasını yaxşılaşdırır, torlu qişada işığa həssas hüceyrələrin yenilənməsini sürətləndirir, torlu qişa toxumasının regenerasiyasını sürətləndirir, göz qapağı selikli qişasının infeksion, virus və allergiya mənşəli iltihabı (konyuktivit) zamanı müalicə kompleksində tətbiq olunur, həmçinin gözdaxili təzyiqin yüksəlməsində, katarakta və qlaukomanın ilkin mərhələlərində effektivdir, belə xəstəliklərin vaxtında qabağının alınmasına kömək edir. Hələ qədim zamanlardan qaragilə meyvəsi görmə qabiliyyətinə əlverişli təsir edən, onu artıran, görmə sahəsini böyüdən, göz yorğunluğunu azaldan, əvəzolunmaz bir vasitə kimi məşhurdur.
Zeaksantin və lütein gözün torlu qişasına daxil olan pigmentlərdir. Əsas funksiyası görmə orqanlarına zədələyici təsir göstərən göy-bənövşəyi şüaları udur, həmçinin göz toxumalarını sərbəst radikalların təsirindən qoruyur. İnsan orqanizmi bu maddələri sintez etmək qabiliyyətinə malik deyil, yalnız kənardan qida vasitəsilə qəbul olunmalıdır. Orqanizmdə lüteinin yaş keçdikcə azalması makulyar distrofiyaya səbəb olur. Əsas təsirləri: süni göy işığın və ultrabənövşəyi şüaların 40% tutaraq gözə düşməsinin qarşısını alır, göz damarlarının divarını möhkəmləndirir, qaranlıqda görməni yaxşılaşdırır, sərbəst radikalları blokada edir, göz toxumalarının regenerasiyasını yaxşılaşdırır.
Vitamin A – torlu qişa piqmentinin tərkib hissəsi olduğundan göz üçün çox vacibdir. Məhz bu vitaminin çatışmazlığı “gecə korluğu” kimi xəstəliyə səbəb olur. Görmə qabiliyyətinin hər hansı problemində bu vitaminin qəbulu mütləqdir.
C vitamini – Əzələlərin, o cümlədən, göz əzələlərinin, tonusunu saxlayır, damarları möhkəmləndirir. Bu vitaminin çatışmazlığı gözlərin yorğunluğuna, gözlərdə qansızmalara səbəb olur.
B qrupu vitaminləri – sinir toxumasının normal fəaliyyətini təmin edir, göz yorğunluğunu azaldır, gözlərdə qan dövranını və oksigenin çatdırılmasını yaxşılaşdırır. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Bioloji fəallığa malik qida əlavəsi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
İSTİFADƏ QAYDASI VƏ DOZA:
14 yaşdan yuxarı 1 kapsul gündə 1 dəfə. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Digər hallarda həkimlə məsləhətləşin.
XÜSUSİ GÖSTƏRİŞLƏRİ:
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, 14 yaşa qədər uşaqlar.
ƏLAVƏ TƏSİRLƏRİ:
Allergik reaksiyalar.
BURAXILIŞ FORMASI:
Kapsul.
QABLAŞDIRMA FORMASI:
№30 (2×15) blisterdə, karton qutu qablaşmada.
YARARLILIQ MÜDDƏTİ:
2.5 il.
SAXLANMA ŞƏRAİTİ:
Quru, 25ºC temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
«Novator Pharma» Office 21. Shepherd Market, London W1I7JY, – Böyük Britaniya.
İSTEHSALÇI: PRİMEA LİMİTED, İngiltərə.