Köməkçi maddələr: Qlükoza şərbəti, su, dadlandırıcı, kalium sorbat, natrium benzoat, sukraloza, qliserin, portağal şirəsi və ekst. qarışığı, şirin portağal efir yağı
XÜSUSİYYƏTLƏRİ: Balıq yağının tərkibi (Omeqa -3) eykozapentaen turşusu (EPT) və dozaheksaen turşusu (DHT) ilə zəngindir. Omeqa -3 insan orqanizminin doymamış yağ turşularına olan sutkalıq tələbatını ödəyir. Sübut olunmuşdur ki, qida rasionuna balıq yağının əlavə olunması ürək – damar sisteminin funksional vəziyyətinə müsbət təsir göstərir. Eyni zamanda Omeqa-3 beyinin normal fəaliyyəti üçün çox vacibdir, belə ki, o, sinir impulslarının bir hüceyrədən digərinə ötürülməsini təmin edən enerjinin qısa müddət ərzində yaranmasına səbəb olur.
B qrupu vitaminləri balanslaşdırılmış miqdardadır, sinir sistemini möhkəmləndirir, sinir sisteminin normal fəaliyyətini təmin edir.
Vitamin C metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
Vitamin E qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. Vitamin E həmçinin hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında iştirak edir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Hemin, zülalların və qonodotropinin biosintezində iştirak edir.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
ƏKS GÖSTƏRİŞLƏRİ: Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hemorragik sindrom.
XÜSUSİ GÖSTƏRİŞLƏRİ: Мədəaltı vəzı və öd kisəsi xəstəlikləri ilə əlaqədar yağların sorulmasında pozğunluq olduqda Novalopin Kids-in təyini məsləhət görülmür.
DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: Antikoaqulyantlarla birgə təyini qanaxma müddətinin bir qədər uzanmasına səbəb ola bilər. Ehtiyac olarsa – antikoaqulyantın dozasını korreksiya etmək lazımdır.
İSTİFADƏ QAYDASI VƏ DOZA: 4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur. 4 yaşdan yuxarı uşaqlar 10 ml gündə 1 dəfə. Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
ƏLAVƏ TƏSİRLƏRİ: Adətən yaxşı qəbul olunur. Nadir hallarda dəridə qızartı və ya qaşınma ola bilər.
BURAXILIŞ FORMASI: 150 ml sirop.
SAXLANMA ŞƏRAİTİ: Quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə, 25ºC-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: NOVATOR PHARMA LLP, Office 21, 8 Shepherd Market, London, W1J 7JY, UK.
İSTEHSALÇI: “Gricar Chemical S.R.L”, İtaliya.