Sink – hüceyrə metabolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olub hüceyrələrdə zülal və karbohidrat sintezini tənzimləyir. Hüceyrə membranının struktur möhkəmliyini təmin edir, immunitetin formalaşmasında iştirak edir, orqanizmdə insulinin toplanmasını və insulinə həssaslığı artirir. Cinsiyyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil edir. Qonadotrop hormonların (FSH, LH) tərkibinə daxil olub onların sintezini və sekresiyasını aktivləşdirərək spermatogenezi (oogenezi) stimullaşdırır. Sink defisitı MBTda, reproduktiv orqanlarda, dəridə və sinir sistemində bir sıra ağır patologiyalara səbəb olur.
Likopin – bir çox qırmızı və narıncı bitkilərin tərbində olur. Likopinin insan orqanizmində əsas funksiyası antioksidant effektdir. Oksidativ stressin azalması hesabına aterosklerozun qarşısını alır və DNT-nin müdafiəsini təmin edir. İmmuniteti möhkəmləndirir, qocalmanınn qarşısını alır, prostat vəzin funksiyalarını normallaşdırır. Kişi və qadınlarda cinsiyyət sisteminin normal funksiyalarını təmin edir.
Vitamin E – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. Vitamin E həmçinin hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında iştirak edir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Hemin, zülalların və qonadotropinin biosintezində iştirak edir. Vitamin E avitaminozu kişilərdə toxum kisəsi epitelisinin dəyişilməsinə səbəb olur.
Kversetin – qanı durulaşdırır, tromb əmələ gəlmənın qarşısını alaraq mikrosirkulyasıyanı yaxşılaşdırır. Kversetin damar divarı epitelinin bərpa proseslərini aktivləşdirməklə, damar və kapillyarların elastikliyini və möhkəmliyini təmin edir, aterosklerozun yaranmasının və inkişafının qarşısını alır, arterial təzyiqin tənzimlənməsində iştirak edir. Güclü antioksidant təsirə malikdir. Şəkərli diabetin yaranma riskini azaldır və fəsadlarının qarşısını alır. Inozitol – fermentlərin tərkibinə daxil olaraq, maddələr mübadiləsində iştirak edir qanda xolesterinin səviyyəsini normada saxlayır. İnozitol amin turşu və zülal sintezini aktivləşdirməklə, hüceyrəvi proteksiyanı həyata keçirir, spermatogenezi stimullaşdırır və xolesterini hüceyrə daxilinə (həmçinin cinsi hüceyrə) daşıyaraq mitoxondridə ATF enerjisinə çevirməklə hüceyrələrin enerji təminatını yaxşılaşdırır, spermatozoidlərin hərəkətliliyini artırır. İnozitol damar divarı kollagenin və elastininin sintezini stimulə etməklə onların möhkəmliyini və elastikliyini artırır.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
ƏKS GÖSTƏRİŞLƏRİ: Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya, 18 yaşa qədər şəxslər.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dəri reaksiyaları, qusma və ürəkbulanma.
DOZA HƏDDİNİN AŞILMASI: Aktivləşdirilmiş kömür qəbul etmək, simptomatik müalicə aparmaq.
İSTİFADƏ QAYDASI VƏ DOZA: Böyüklər: 1 kapsul gündə 1 dəfə. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
BURAXILIŞ FORMASI: DORAXIN №30 yumşaq jelatin kapsul
SAXLANMA QAYDASI: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə, 25ºC-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ “Novator Pharma” Böyük Britaniya. İSTEHSALÇI: “Primea Limited” – İngiltərə