TƏRKİBİ:
Ornitin – 200 mq
Silimarin – 80 mq
Artişok – 200 mq
FARMAKOLOJİ QRUPU: Hepatoprotektor, dezintoksikant, hipoazotemik, hipoammoniemik, öd qovucu.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Ornitin hepatoprotektor, dezintoksikant, hipoazotemik, hipoammoniemik təsirlərə malikdir. Amin qruplarının sidik cövhəri sintezinə (ornitin dövranı) sərf olunmasını sürətləndirir. Ammonyakın qan plazmasında konsentrasiyasını azaldır, orqanizmdə turşu-qələvi balansının normallaşmasını təmin edir. İnsulinin və somatotropin hormonunun sintezini aktivləşdirir. Müxtəlif xəstəliklər zamanı zülal mübadiləsini yaxşılaşdırır.
Silimarin tərkibi flavon birləşmələrindən ibarət təbii vasitədir. Silimarin regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT-polimerazanı aktivləşdirməklə hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərindən müdafiə edir. Preparatın antioksidant təsiri flavonoidlərin fenol strukturlarının sərbəst radikalları özlərinə birləşdirməsi hesabına əldə olunur. Nəticədə hepatositlərdə lipidlərin peroksidləşməsi reaksiyaları blokada olunur, hüceyrə strukturunun zədələnməsinin qarşısı alınır və regenerasiya prosesləri sürətlənir. Preparat təkcə malonaldehidlərin yaranmasının intensivliyini azaltmır, həmçinin, oksigenin toxumalar tərəfindən mənimsənilməsini yaxşılaşdırır. Preparat qlutationun ehtiyyatını artırmaqla qaraciyərin dezintoksikant funksiyasını gücləndirir. Preparat alkoqol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır. Preparat güclü mebranstabilləşdirici təsir göstərməklə membranlarda mübadilə proseslərini normalaşdırır. Preparatın dezintoksikant təsiri eyni zamanda toksiki maddələrin hepatositlərin membranlarına zədələyici təsirin qarşısını alması ilə əlaqədardır. Preparatın iltihab əleyhinə təsiri iltihabi mediatorların – prostaqlandinlərin və leykotrienlərin sintezinin zəiflədilməsi ilə əlaqədardır.
Artişok öd qovucu, hepatoprotektiv və sidik qovucu təsirlərə malikdir. Eyni zamanda qan plazmasında sidik turşusunun miqdarını azaldır. Preparat hepatositlərdə koenzimlərin sintezini aktivləşdirir ki, bunun da nəticəsində lipid və xolisterin mübadiləsi yaxşılaşır, həmçinin, keton cisimlərinin metabolizmi sürətlənir. Antibiotikoterapiya zamanı qaraciyər və böyrək parenximasına dezintoksikasiyaedici təsir göstərir. Preparat orqanizmin toksinlərdən, azot birləşmələrindən və ağır metal duzlarından təmizlənməsini təmin edir.
GÖSTƏRİŞLƏRİ:
DOZALANMASI: 1 tabletdən gündə 1-3 dəfə yeməkdən sonra daxilə təyin edilir.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dəri reaksiyaları, ürəkbulanma və qusma.
ƏKS GÖSTƏRİŞLƏRİ: Kəskin böyrək çatışmazlığı (kriatinin səviyyəsinin plazmada 3 mq/100 ml olması), preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamilələlik zamanı preparatın qəbulu həkim nəzarəti altında aparılmalıdır. Müalicə dövründə südverməni dayandırmaq lazımdır.
DOZA HƏDDİNİN AŞILMASI: Simptomları: yan təsirlərin kəskinləşməsi. Müalicəsi: mədəni yumaq, aktivləşdirilmiş kömür qəbul etmək, simptomatik müalicə aparmaq.
BURAXILIŞ FORMASI: ORNİCSİL № 30. Hər qutuda 15 tabletdən ibarət 2 blister olmaqla qablaşdırılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “Novator Pharma” LLP, Böyük Britaniya.
İSTEHSAL EDİLİR: “PRIMEA LIMITED” İngiltərə. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə