TƏRKİBİ:
Dəmir qlükonat 235 mq
Fol turşusu 350 mkq
Vitamin B12 4 mkq
Vitamin C 60 mq
FARMAKOTERAPEVTİK QRUPU: Antianemik.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Fernicsil kombinəolunmuş preparatdır. Dəmir qlükonat orqanizmdə hemoqlobinin əsas tərkib komponenti olan dəmirin defisitini aradan qaldırır. Fol turşusu dəmirdefisitli anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulə edir. Eyni zamanda, fol turşusu bağırsaqların və qaraciyərin funksiyalarına əhəmiyyətli dərəcədə təsirə malikdir. Qaraciyərdə xolinin sintezini artırır və piy infiltrasiyasını məhdudlaşdırır. Fol turşusu immun sistemi gücləndirir, ağ qan hüceyrələrinin yaranmasını və funksionallığını artırır. Fol turşusu hamiləlik zamanı embrionun sinir hüceyrələrinin bölünməsində və formalaşmasınıda vacib rola malikdir. Vitamin B12 eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin, vitamin B12 hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir. Vitamin C metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
ƏKS GÖSTƏRİŞLƏRİ:
ƏLAVƏ TƏSİRLƏRİ:
Ürəkbulanma, qusma, qastralgiya, qəbizlik və ya diareya.
QƏBUL QAYDASI VƏ DOZALANMASI:
Daxilə, yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra. Müalicə zamanı –1 tablet sutkada 2 dəfə, ağır hallarda 3 dəfə; Profilaktika məqsədilə – sutkata 1 tablet 1 dəfə; Laktasiya dövründə – 1 tablet, bütün laktasiya dövrü bir aylıq fasilələrlə. Müalicə 1-3 ay müddətində Hb-nin qanda miqadarının normallaşmasına qədər davam etdirilir.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ QƏBULU: Hamiləlik (II və III trimestrdə) və laktasiya dövründə FERNİCSİL preparatının qəbulu mümkündür.
BURAXILIŞ FORMASI: FERNİCSİL №30. 15 tabletdən ibarət 2 blister və məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
Məhsulun və əmtəə nişanın sahibi: “NOVATOR PHARMA” Böyük Britaniya .
İSTEHSALÇI: “Primea Limited” England. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə