TƏRKİBİ:
Hər 10 ml siropun tərkibində:
Kalsium trifosfat 250 mq
Vitamin D3 25 mkq (1000 BV)
Maqnezium laktat 100 mq
Sink oksid 30 mq
FARMAKOLOJİ QRUPU: Kalsium və fosfor mübadiləsi tənzimləyicisi.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Osteohard kids – orqanizmdə (sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium və fosfor mübadiləsini tənzimləyən kompleks preparatdır. Orqanizmdə kalsium və vitamin D3 çatışmazlığını aradan qaldırmaqla kalsiumun rezorpsiyasını zəiflədir və sümük toxumasında miqdarını artırır. Dişlərin mineralizasiyasında vacib rol oynayır. Kalsium neyronların normal fəaliyyəti üçün vacib elementlərdən biri olmaqla yanaşı, əzələlərin yığılması və qanın laxtalanmasında da iştirak edir. Kalsium və vitamin D3 qəbulu sümük toxumasının rezorpsiyasını sürətləndirən paratiroid hormonunun sintezini zəiflədir. Vitamin D3-ün aktiv transport fəaliyyəti nəticəsində kalsiumun nazik bağırsağın proksimal hissəsindən sürətli sorulması təmin olunur. Sink Vitamin D3-lə birgə sümük toxumasının matriksinin formalaşmasını sürətləndirərək kalsiumun sümüyə penetrasiyasını həyata keçirir. Maqnezium fizioloji olaraq kollagenlərin sintezini sürətləndirməklə sümük matriksinin daha davamlı olmasını təmin edir.
GÖSTƏRİŞLƏRİ:
ƏKS GÖSTƏRİŞLƏRİ: hiperkalsinemiya, hiperkalsiuriya, nefrolitiaz, vitamin D3 hiper-vitaminozu, preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
QƏBUL QAYDASI VƏ DOZALANMASI: Cədvəldə göstərilən dozalara müvafiq gündə 1-2 dəfə yeməkdən dərhal sonra təyin edilir . Müalicə müddəti 1-3 aydır.
Əlavə təsirləri: Allergik reaksiyalar, mədə-bağırsaq traktının disfunksiyası, hiperkalsinemiya və hiperkalsiuriya (sidikdə və qanda kalsiumun miqdarının artması).
Yaş dövrü | Bir dəfəlik doza | Maksimal sutkalıq doza |
1 yaşa qədər uşaqlar | 2,0 ml | 4 ml |
1-3 yaş | 3,5 ml | 7,0 ml |
3-5 yaş | 5,0 ml | 10 ml |
5-8 yaş | 7,0 ml | 14 ml |
8-12 yaş | 10,0 ml | 20 ml |
12 yaşdan yuxarı uşaqlar | 15,0 ml | 30 ml |
DOZA HƏDDİNİN AŞILMASI: Anoreksiya, susuzluq, poliuriya, iştahanın azalması, ürəkbulanma, hiperkalsinemiya, hiperkalsiuriya, hiperkreatinemiya.
BURAXILIŞ FORMASI: Osteohard Kids xüsusi karton qutuda,150 ml flakonda, içlik vərəqəsi və ölçü qaşığı ilə birgə istehsal edilir.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “NOVATOR PHARMA” Böyük Britaniya.
İSTEHSAL EDİLİR: “PRİMEA LİMİTED” İngiltərə, “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.